• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 28.09.2023 16:53

Gəncə Olimpiya İdman Kompleksi cari mövsümə hazırlaşır

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində cari təmir işləri görülür. Bərpa işləri əsasən top oyunları zalında yerinə yetirilir.

Bunun da səbəbi var. Çünki Nizami yurdunun iki komandası ölkə çempionatının ev oyunlarını məhz bu idman qurğusunda keçirəcək. Bunlar basketbol və voleybol kollektivləridir. Zallar adıçəkilən idman növlərinin federasiyaları tərəfindən verilən qaydalara uyğun hala gətirilir.

Yeni mövsümə hazırlıq işləri çərçivəsində kompleksin digər zalları da yaddan çıxmayıb. Ölkənin ikinci böyük şəhərində inşa olunan İdman Sarayı istifadəyə verilənədək əksər yarışlara Gəncə Olimpiya İdman Kompleksi ev sahibliyi edəcək.

Cari təmir işlərinin 2-3 gün ərzində yekunlaşması planlaşdırılır.

Orxan Cəfərzadə