• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 28.09.2023 14:13

Bedri Meriç "Gəncə"nin baş məşqçisi oldu

KepezTV Player

Türkiyəli mütəxəssis Bedri Meriç "Gəncə" basketbol klubunun yeni baş məşqçisi təyin edilib. 41 yaşlı məşqçi ilə mövsümün sonuna kimi muqavilə bağlanılıb. O, bu postda litvalı Meylyunas Qediminası əvəz edib. İlk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç "Anakaragücü" və "Böyük Anadolu" klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür. Meriçə gəncəli məşqçi Rizvan Səfərov kömək edəcək.