• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1610
— 27.09.2023 20:11

Mini futbol yarışı başlayıb

KepezTV Player

Gəncədə Anım Günü ilə bağlı keçirilən silsilə idman yarışları çərçivəsində mini futbol birinciliyi start götürüb. Yeni Gəncə yaşayış massivində yerləşən meydançada təşkil edilən mübarizələrdə Nizami yurdunun 6 komandası iştirak edir. Birincilikdə 2014-2015-ci il təvəllüdlü futbolçular qalib olmaq üçün yarışır. Mini futbol yarışı 5 gün davam edəcək. Sonda ilk 3 pillədə qərarlaşan kollektivlər medal və diplomlarla mükafatlandırılacaqlar.