• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 26.09.2023 17:30

Gəncədə Anım günü ilə bağlı atletika yarışı keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gəncədə atletika üzrə yarış keçirilib. 27 sentyabr - Anım günü münasibətilə reallaşan birincilik Heydər Əliyev adına Park-Kompleksdə baş tutub. Mübarizələrdə həm qız, həm də oğlan yeniyetmə və gənc idmançılar 500 metr məsafəni qət ediblər. Yarışda Gəncədə fəaliyyət göstərən kolleclərin tələbələri, eləcə də idman məktəblərinin yetirmələri iştirak edib. Birincilikdə 60-dan çox atlet finişi birinci keçməyə çalışıb. Yekunda fəxri kürsüdə yer alan idmançılar diplom və medalla təltif ediliblər. 

Vüsalə Cənnətova