• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 26.09.2023 16:27

Azərbaycanlı basketbolçu ABŞ-a yollanacaq

KepezTV Player

Azərbaycanlı basketbolçu Hüseyn Qaflanov sentyabrın 28-də ABŞ-a yollanacaq. Gənclərdən ibarət millinin üzvü Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə karyerasını daha yüksək səviyyədə davam etdirmək üçün bu addımı atacaq. 15 yaşlı idmançı bir il müddətində Cənubi Kaliforniya Akademiyasında təhsil alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcək. Hazırlıq prosesində 210 santimetr boya malik Hüseyn Qaflanova peşəkar yerli mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.