• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 26.09.2023 13:45

Dünya çempionatında tarixi uğur qazanan güləşçilər Vətənə qayıdıb

KepezTV Player

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda millinin qarşılanma mərasimi olub. Millinin üzvlərini idmançıların yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri qarşılayıblar. 2 qızıl 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə də dünya çempionatlarında Azərbaycan güləş yığmaları tarixinin ən yaxşı nəticəsinə imza atıb.