• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 872
— 23.09.2023 19:19

Xəstəliklərin aşkarlanmasında müasir diaqnostikanın əhəmiyyətindən danışılıb

KepezTV Player

Gəncə şəhər Yaşıllaşdırma şöbəsinin mobil qrupları tərəfindən aşma ehtimalı olan, təhlükə yaradan, hərəkət iştirakçıları üçün maneə törədən ağaclar kəsilərək budanır. Sakinlərin müraciəti əsasında təkcə bu ay ərzində şəhər ərazisində təxminən 50-a yaxın irigövdəli ağaclar zərərsizləşdirilib. Əsasən Heydər Əliyev, Şah İsmayıl Xətai və Atatürk prospektlərində ağacların kəsilməsi və budanması həyata keçirilib. İlin əvvəlindən indiyə kimi isə 200-ə yaxın quruyan və təhlükəli olan ağac kəsilib. Qanunvericiliyə uyğun olaraq ağacların fərdi formada kəsilməsi inzibati cəzaya səbəb olur. Cərimə məbləği fiziki şəxslər üçün 3-10 min, hüquqi şəxlər üçün isə 20 min manata qədər təşkil edir.

Elnur Vahidoğlu