KepezTV Player
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin finalına yüksəlib. Kişilərin yarışında Yaşar Nəcəfov, qadınların mübarizəsində isə Leyla Əliyeva bunu həyata keçiriblər. Y.Nəcəfov 66 kq çəki dərəcəsində finalda yaponiyalı Takeşi Takeoka ilə qarşılaşacaq. 48 kq-da yarışan Leyla Əliyevanın həlledici görüşdəki rəqibi isə İtaliyalı Skutto Assunta olacaq. Böyük Dəbilqə turnirində 61 ölkənin 446 idmançısı iştirak edir. Azərbaycan millisi yarışa 26 kişi, 7 qadın cüdoçu ilə qatılıb.
- Baxış: 331