KepezTV Player
UEFA Ermənistan Futbol Federasiyası və yığmanın baş məşqçisi Aleksandr Petrakova intizam işi açıb. Buna AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Xorvatiya millisinə qarşı keçirilmiş oyunda baş verən hadisələr səbəb olub. UEFA görüş vaxtı siyasi və təxribat xarakterli mesajların verilməsi, stadionda ictimai keçidlərin bağlanması, azarkeşlərin tribunalarda pirotexniki vasitələrdən istifadə etmələri ilə bağlı araşdırmalara başlayıb. Aleksandr Petrakov isə oyunun startını ləngitməkdə ittiham olunur. Ermənistan-Xorvatiya matçının 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin qondarma “bayrağı”ı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilib.
- Baxış: 316