KepezTV Player
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qadın voleybolçularından ibarət “Gəncə” klubu ilə görüş keçirib. Görüşdə klubun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. Qadın voleybolçularından ibarət “Gəncə” klubu 2023-cü ilin avqust ayında yaranıb. Qısa müddət ərzində kluba xarici ölkələrdən idmançılar cəlb olunub. Yeni mövsümdən klub Azərbaycan Yüksək Liqasında çıxış edəcək. Həmçinin, yeni mövsümün hazırlığına start verən klub ev oyunlarını Gəncədə keçirəcək. Komanda heyətini bu gün 3 rusiyalı voleybolçu - Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberova ilə gücləndirib.
- Baxış: 321