KepezTV Player
Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qız şahmatçılar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib. Azərbaycanın yeniyetmə şahmatçıları liderlər sırasındadırlar. 7 turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıblar. Turnir sentyabrın 14-də başa çatacaq.
- Baxış: 374