KepezTV Player
Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub. Həmin şəxslərdən biri Azərbaycan vətəndaşı Pərviz İsmayılovdur. Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 276