• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 12.09.2023 16:49

Yol qəzasında 1 nəfər xəsarət alıb

KepezTV Player

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb. Hadisə “Chevrolet” markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb. Hadisədə minik avtomobilinin sürücüsü 1976-cı il təvəllüdlü Vurğun Həsənov xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lazımı müayinələrdən keçirildikdən sonra xəstədə qabırğanın sınığı aşkarlanıb. Reanimasiya şöbəsində müayinə və müalicələri davam etdirilir, vəziyyəti stabil olaraq qalır.