KepezTV Player
Azərbaycanda müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir. Mingəçevirdə yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1 280 meqavatlıq yeni stansiyanın tikinti işlərini yerli şirkətlər həyata keçirir. İtalyanın AFRY məsləhətçi şirkəti və İspaniyanın İDOM layihələndirmə şirkəti isə nəzarət edir. Paralel olaraq ümumi effektivliyi artırmaq üçün mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinlərinin zəmanətli əsaslarla modernləşdirilməsi işləri də həyata keçirilir. Blokların əlaqələndirilməsi nəticəsində ümumi güc 1 880 meqavat olacaq.
- Baxış: 352