• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 13.11.2022 22:31

Əsirlərdən gələn çəllək sənətini yaşadan usta

KepezTV Player

Xalqımızın ən qədim sənət  növlərindən biri də çəllək düzəltməkdir. Göygöl rayon sakini Çingiz Şükürov da tariximizin yüz illiklərindən bəri gələn bu sənəti yaşadır. 48 yaşlı Çingiz ustanın əmisi Vilayət kişi rayonda məhşur çəllək ustalarından biri olub. Daha sonra Çingiz Şükürovun atası Hidayət usta bu sənəti davam etdirib. Əmisi və atasının yanında çəllək düzəltməyi öyrənən usta 20 ilə yaxındır bu sənəti sevə-sevə yaşadır.

Çingiz Şükürov  çəllək ustası: İndiki Göygöl rayonunda keçmiş Xanlar rayonunda sexi var idi. Azərbaycanın bütün zavodlarına buradan gedirdi. Gözümüzü açandan bu həytdə sex olub, işləyiblər. Biz də onlardan götürmüşük. Orta hissəsi aval alınmaq üçün içində ocaq yanır, divarları isdanır yəni yığılmaq üçün əyilir. Ondan sonra da hamarlayıb düzəldirsən. Bunun içinə nə yığsanız yetişdirir. Adi undu onu da yetişdirir. Turşu üçün alınır çox şeyə istifadə edilir.

Çəllək düzəltmək bacarıq, fantaziya, səbr tələb edən sənət növüdür. Yəni çəllək hazırlanması incəlik tələb etdiyindən bu iş əl əməyi hesabına və zərgər dəqiqliyi ilə görülməlidir. Ölçüsündən asılı olaraq bir çəlləyin hazırlanması üçün 2 gündən bir həftəyə qədər vaxt sərf edilir. Hazırda ustanın hazırladığı bu çələklərə təlabat da var.

Şəmsi Vəliyev  sakin: Mənim dostum tanışlarım həmişə buradan çəlləklərdən alırlar, istifadə edirlər. Çox gözəl qədimi sənətimizi yaşadır. Tez-tez alırıq elə bir iki gün bundan qabaq almışıq. Bir neçəsini də sifariş vermişik, düzəldir. Çəlləklərdən çox şeyə istifadə edirk.

Bəxtiyar Hacıyev  sakin: Xaricə tez-tez gedirəm və oradan Çinə, Rusiyaya, Ukraynaya, Avropa dövlətlərinə aparmışam. Özümüz də onlardan çox istifadə edirik. Un, turşu, çaxır üçün istifadə edirk. Çox gözəl sənətkardı, çox gözəl əl qabiliyyəti var və təşəkkür edirik ki, Azərbaycanın bu qədim sənətini yaşadır.

Gördüyünüz bu çəlləklər ötən əsrin 30-40-cı illərində düzəldilib. Bunlar hazırda istisamar müddətini başa vurub. Usta tərəfindəndə bu cür çəlləklər düzələrək öz sahiblərinə qaytarılır.

Çəlləklər əsasən palıd ağacından hazırlanır və 1 litirdən 10 tona kimi tutumu olan çəlləklər düzəldilir. Qiymətlər isə tutumuna görə 50 manatdan, 800 manat kimi alıcılara təklif edilir. Ustanın tək arzusu isə bu qədim sənətin gənclər tərəfindən öyrənilərək gələcək nəsillər çatdırılmasıdır.

Elnur Vahidoğlu