Tovuzda bıçaqlanma faktı qeydə alınıb. Şəmkir rayon Çinarlı kənd sakini 58 yaşlı Telman Mehdiyev bədənin müxtəlif nahiyyəsinin kəsilmiş deşilmiş yarası ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı onun burnun, boynun, sol gicgah və sol bazu nahiyyəsinin kəsilmiş deşilmiş yarası aşkarlanıb. Ona tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə Telman Mehdiyev Tovuz rayonun Düzcırdaxan kəndinə bacısıgilə qonaq gəlib. Kənddə bacısının qonşusu tərəfindən mübahisə zamanı bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 539