• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 27.09.2017 10:03

Bu da 3 cərgə oturacaqlı Mazda ofroudu

Mazda CX-8 – yaponların təqdim etdiyi növbəti layihə. Görünüşcə bu maşın CX-9 ofroudunun kiçildilmiş variantını xatırladır. Avtomobil həm 6, həm də 7 yerlik variantda təklif olunacaq. Yolsuzluq maşının uzunluğu 4990, eni 1840, hündürlüyü 1730 millimetrdir. Belə vəziyətdə yenilik CX-9-dan 175 mm qısa, 129 mm ensiz və 17 mm alçaqdır. Baqaj yerinin həcmi 239 litrə çatır. Bu da CX-9-dan 9 litr artıq deməkdir. Üçüncü cərgənin oturacaqlarını aradan qaldırmaqla göstərici 572 litrə çatır ki, bu da “böyük qardaş”dan 238 litr az hesab olunur. Yeni mazda 190 at güclü 2,2 litrlik dizel motorla təklif olunur. Bu aqreqat 6 pilləli avtomatlaşdırılmış transmissiya ilə maşını yerindən tərpədir. Ofroud ya ön, ya da tam ötürücü sistemlə sifarişə hazırdır. Model Yaponiyada satışa çıxarılacaq. Qiymətlər isə təxminən 28 500 dollardan başlayır.

 

Cavanşir Məmmədzadə