• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 25.01.2022 19:29

UTECA-da “Açıq qapı” günü keçirilib

KepezTV Player

Azərbaycan Texnologiya universitetində “Açıq qapı” günü təşkil olunub. Valideyinləri maraqlandıran suallar  rektor və pedoqoji heyət tərəfindən cavablandırılıb. Görüşdə savadlı kadr potensialının məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradıldığı, Azərbaycan Texnologiya Universitetində bu istiqamətdə mühüm addımlar atılaraq uğurlar əldə edildiyi bildirilib.

Azərbaycan Texnologiya Universitetində keçirilən “Acıq qapı” günündə rektor, Akif Süleymanov valideynləri tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görüldüyü barədə məlumatlandırıb.Tələbələrə imtahan suallarının əvvəlcədən təqdim edildiyi, imtahan zallarının müşahidə kameraları ilə təchiz olunduğuna diqqət çəkib.

Yeniliklərdən biri də odur ki, tələbələr imtahan nəticələrini universitetin rəsmi saytında müvafiq bölmədən də görə bilirlər. Valideynlər imtahan zallarında olaraq prosesi izləyiblər. Test və yazılı üsulla aparılan prosesdə test imtahanları kompyuter vasitəsilə, yazılı imtahanların yoxlanması isə kodlaşdırma əsasında aparılır. Bu da tələbənin nəticələrinin şəffaf və obyektiv qiymətləndirilməsinə səbəb olur.

6 yanvar tarixindən başlayan qış imtahanları 3 fevraladək davam edəcək. Universitetdə təhsil alan 3135 tələbədən bakalavr pilləsi üzrə 86%, magistratura pilləsi üzrə isə 97%-i imtahanlarda iştirak edib.

Aişə Rzayeva