• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1828
— 13.10.2021 20:07

Türkiyəli arıçıların təlimləri başlayıb

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda Türkiyədən olan arıçı alimlərin təlimləri başlayıb. 5 gün ərzində yerli arıçılara və elm adamlarına bu sahəinin inkişaf etdirilməsi, arı xəstəliklərinə qarşı mübarizənin yeni üsulları öyrədiləcək. Məqsədlər sırasında Qarabağda arıçılığın inkişafına dəstək vermək də yer alır.

Arıçılıq heyvandarlıqda gəlirli sahələrdən biri hesab olunur və arı məhsulları  təmiz qida məhsulları kateqoriyyasına aiddir. Azərbaycanda da 520 min arı ailəsindən ildə 7 min tona yaxın  bal istehsalının olduğunu nəzərə alsaq bu sahənin inkişafda olduğunu demək olar. "Arı xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə və arı islahı" adlı təlim Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır.

20-ə yaxın bölgədən arıçıların iştirak etdiyi təlimdə şübhəsiz ki, sadalanan bu faktlar arıçılığın inkişafından xəbər versə də bu sahədə problemlər də yox deyil. Arı xəstəlikləri və mübarizə yolları bu sırada  qarşıda duran əsas vəzifədir. Bunun üçün də savadlı arıçıların və mütəxəsislərin yetişdirilməsi vacibdir.

Təlimdə  Heyvandarlıq Elmi Tətqiqat İnstitutunun Arıçılıq Mərkəzində 200-ə yaxın arı ailəsinin saxlandığına diqqət çəkilib. Burada  Türkiyəli mütəxəssislərlə birgə süni mayalanma yolu ilə 70 ana arının arlınaraq genofonda daxil edildiyi vurğulanıb. Bu arıların çoxaldılaraq arıçılara verilməsi üçün elmi təcrübələr davam etdirilir.

Elnur Vahidoğlu