• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2335
— 28.09.2021 12:32

Ukraynalı jurnalistlər ermni terrorunun izləri ilə tanış oldu

KepezTV Player

Ukraynadan olan media nümayəndələri və hərbi ekspertlər Gəncəyə səfər edərək erməni terrorunun izləri ilə tanış olublar. Qonaqlara cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Dinc sakinlərin sıx yaşadığı yerlərə raket atılması nəticəsində 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb,20-dən artıq ev tamamilə dağılıb, 100-dən çox ev və bir o qədər də sosial obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb. Ukraynalı jurnalistlər evlərin dağılması, mülki şəxslərin ölməsindən, gördükləri mənzərələrdən dəhşətə gəldiklərini dilə gətiriblər. Qonaqlar bundan əvvəl Cəbrayıl və Şuşada olublar.

Yuri Butusov jurnalist: Şəhərin bu hissəsində, ətrafda heç bir hərbi obyekt yoxdur, amma bir vaxtlar həyat var idi. Gəncədəki bu mənzərə üzücüdür. Mülki hədəflərə edilən bütün bu zərbələrin mənası yox idi, bu, müharibədə heç nəyi dəyişmədi, ancaq nifrət və yenə də dərəcəsini artırdı. 30 il ərzində Qarabağda baş verənləri nəzərə alaraq, barışmaq üçün bir çox addımları mümkünsüz etdi.

Mikola Zamikula hərbi ekspert: İlk dəfədir ki, Azərbaycandayam. Gəncə şəhərindəyəm. Mənə bir çox azərbaycanlı jurnalistlər foto və videofaktlar göndərmişdilər. Ancaq gəldim baş verənləri əyani şəkildə gördüm. Mənzərə dəhşətlidir. Ermənilərin törətdiyi bu hadisə terror aktıdır. Buna başqa ad vermək olmaz. Çox təəssüf edirəm. Günahsız insanların qətlə yetirilməsi yalnızca filmərdə olmurmuş.