• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 877
— 07.10.2020 22:07

Müharibə dövrünün "Turan"ı

KepezTV Player

Tovuz futbolu I Qarabağ müharibəsinin ağrı-acısını daha yaxından hiss edib. Axı 1992-94-cü illərdə bütün cəbhədə xəttində olduğu kimi, Tovuzda da vəziyyət gərgin olub. Və bu, o vaxtlar “Turan” adlanan yerli komandaya da təsirsiz ötüşməyib.

Nizami Ocaqverdiyevlə Nizami Sadıqov ötən əsrin 90-cı illərinin əvvəllərində yeri yaranan komandanın tərkibində olub. Onların sözlərinə görə, həmin dövrlərdə “Turan”ın timsalında futbol müharibənin çətinliklərini insanlara unutduran bir vasitəyə çevrilib. Ermənistanla sərhəd yaxın olduğundan düşmənin "Qrad"dan, topdan atdığı mərmilər rahatlıqla Tovuza çatırmış. Belə məqamda düşmənin ən çox vurmaq istədiyi yerlərdən biri də Tovuz şəhər stadionu olub. Amma müharibənin qızğın vaxtında çempionat oyunlarında “Turan”ın ev oyunlarının yeri heç vaxt dəyişməyib. Tovuzda demək olar ki, hər oyunun gedişində top, güllə səsi eşitmək adi hala çevrilib.

Həmin illərdə "Turan" güclü komandalardan biri olub. Tovuzda dolu tribunalar qarşısında rəqib komandanın qalib gəlməsi müşkül məsələ sayılıb.

Müharibə zamanı ermənilər cəmi bir dəfə stadionu "vura" biliblər. Xoşbəxtlikdən həmin gün oyun və ya məşq olmadığından heç kim xəsarət almayıb.