• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2450
— 23.07.2020 19:11

Dondar Quşçuda Ermənistan tərəfindən atılan top mərmisi zərərsizləşdirilib

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisinə 1 ədəd mərminin düşməsi barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik qaydalarını nəzərə alaraq  həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılan və partlamamış 122 mm-lik top mərmisi (OF-56-1) aşkar olunub. Top mərmisinin partladıcısı (RQM-2) üzərində olduğuna görə yerində zərərsizləşdirilib. Ərazidə əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.