• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 724
— 29.04.2020 16:08

Qaydalara uyğun hərəkət etmək, yoluxmamaq və yoluxdurmamaq

KepezTV Player

2019-cu ilin dekabr ayında dünyada koronavirus epidemiyası başlandı. 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının yayılmasını tanıdı. Koronavirusun həqiqətən nə qədər təhlükəli və yoluxucu bir xəstəlik olduğu təsdiqləndi. İnsanları can qorxusu, ətrafdakılara qarşı şübhə bürüdü. Bəs sözügedən pandemiyanın risk qrupuna kimlər daxildir? İzolyasiya olunmaqla nələrə əməl etməliyik? Bu barədə mütəxəssislər danışacaq.

Şirin Əhmədova - infeksionist: Əsas bildiyimiz kimi tənəffüs sistemi zədələnir, mədə-bağırsaq sistemi zədələnir. Yəni xəstədə öskürmə, tənginəfəslik ilə bərabər bəzi ishal əlamətləri müşahidə olunur. Hətta miningen əlamətlər, ürək tərəfindən olan dəyişikliklər miakardit və s. kimi ağırlaşmalar olur. Riskli qruplar var ki, tutaq ki, şəkərli diabetdir, hipertaniya xəstəliyi olanlar, böyrək çatışmazlığından əziyyət çəkənlər bunlarda bu xəstəlik daha ağır keçə, hətta ölümlə nəticələnə bilir.

Sadalanan xəstəliklərdən əziyyət çəkənlər o üzdən çox diqqətli olmalıdırlar. İmmunitet zəif olduğundan belə insanların koronavirusa yoxluxma riski artır. Xəstəlik nəticəsində qanda yaranan anticismlər bir ay müddətində mövcudluğunu saxladığından, virusa qarşı peyvənd olmadığından spesifik müalicə aparılmır. Simptomatik müalicə isə təkrar yoluxma halı yarada bilər. Həkimlər deyir ki, xəstəliyin 2-ci hətta 3-cü dalğası gözlənilir. İl ərzində dünyada 18 milyon insanın ürək-damar xəstəliyindən dünyasını dəyişdiyini nəzərə alsaq sözügedən problemdən əziyyət çəkənlər də bu dövr üçün xüsusi risk qrupundadırlar.

Nizami Nəcəfov - kardioloq: Bu xəstələrdə Covid virusunun birləşməsi onlarda özünü üçlük simptomları ilə gösətrir. Üşütmə, bədən hərarətinin yüksəlməsi, sinədə dolğunluq burundan seliyin ifrazı, ən incə covid virusunun xəstəliyə birləşməsinin gösətircisir. Son 20 gündə bizə gələn telelefon zənglərinin sayı dəfələrlə artmışdır. Bu da təbiidir. Çünki, həmin xəstələr evdə qalırlar, regionda yaşayırlar, şəhərə gəlməkdə məsafə uzaq olduğu üçün telefon əlaqə saxlayırlar. Hər an biz onlara məsləhətlər veririk.

Karantin müddətində insanların psixoloji durumunda da gərginlik qaçılmazdır. Uzun müddər ev şəraitində olmaq xüsusilə aktiv həyat tərzi olanlar üçün çətinlik yaşadır. Bunun üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılan 1542 çağrı mərkəzinə zəng etməklə psixoloji yardım almaq mümkündür.

Vaqif Dürüstkari - nevroloq: İşgüzar adamlarda, gündəlik işlə məşğul olan insanlarfa bu müddətdə depressyon hallr müşahidə efilir. Əsəbi gərginlik, narahtlıq, yuxi pozuntuları, xüsusən yaşlı insanlarda bu əlamətlər daha çox özünü biruzə verir. Pdur ki, narahatlıq olduqda , sahə poliklinikasına, nevroloqa, psixiatora müraciət görməyi məsləhət görərdim. Karantin müddətində olan müddəaların şərtlərindən biri də odur ki, sahə poliklinikalarına evə çağırışlar edilsin. Müvafiq və uyğun müalicə , məsləhətlər alınsın. Lazım olduqda isə xəstaxanaya müraciət olunur.

Lakin tibb işçiləri təşvişə gərək olmadığına inandırır. Sadəcə olaraq qaydalara uyğun hərəkət etmək lazımdır. Yoluxmamaq və yoluxdurmamaq üçün. Şəxsi gigiyenasına və sağlamlığına diqqət edən insan qarşısında istənilən infeksiya acizdir. Məsləhət görülür ki, karantin müddəti dayandırılandan sonra da maskadan uzunmüddətli istifadə edilsin.