• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 12.03.2020 12:30

Banklar şənbə və bazar günləri də işləyəcək

KepezTV Player

"Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə deyib. Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi Azərbaycanın nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib.Elman Rüstəmov əlavə edib ki, müşahidə olunan növbələrlərlə əlaqədar qərara alınıb ki, bankların gündəlik iş rejimi bir saat uzadılsın. Əlavə olaraq, Mərkəzi Bank və maliyyə-bank sektoru birlikdə həm şənbə, həm də bazar günləri adi iş rejimində fəaliyyət göstərəcək. Vətəndaşlar istirahət günlərində də valyutadəyişmə məntəqələrində öz vəsaitlərini dəyişdirə bilərlər.