Aydın məsələdir ki, müasir texniki avadanlıqlar insanlarda hərəkət məhdudiyyəti yaradır. Uşaqlar üçün xüsusi maraq kəsb edən cihazlar isə onların düşüncə və təfəkkürünə daha çox zərər vurur. Amma sevindirici haldır ki, hazırda bununla belə, incəsənətin müxtəlif sahələrinə yönələn, maraq göstərən uşaqlar, məktəblilər də var.
Emin Rəhimzadə - dərnək üzvü: Mən ilk öncə rəqsə yazıldım. 2-3 ay gəldim. Rəqs alınmadı. Sonra başqa dərnəkdə əl işləri olan uşaq gördüm, mən də hazırlamağa başladım...
Sara Şamilova - dərnək üzvü: 13 yaşım var, 4 ildir rəsm dərnəyindəyəm. Bu işdən zövq alıram. Əsər işləyərkən çətinlik çəkdiyim məqamlarda müəllimə müraciət edirəm...
Əli Xudaverdiyev - dərnək üzvü: Mən 2 ildir bacarıqlı əllər dərnəyinə gedirəm. tullantı kağızlar maraqlı əl işləri hazırlayıram...
Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin ümumilikdə, 1400-ə yaxın üzvü var. Hazırda mərkəzdə incəsənətin rəssamlıq, dizayner, toxuculuq, dərzilik, folklor və digər sahələri üzrə 27 adda dərnək fəaliyyət göstərir.
Vüsalə Hüseynova - Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin dərnək rəhbəri: Nə qədər internet əsri olsa da, texnologiya inkişaf etsə də uşaqların incəsənətə, qədim sənət növlərinə marağı var. Məncə, bu mentalitetdən irəli gəlir.
Mərkəzdə fəaliyyət göstərən dərnəklər uşaqların məktəbdənkənar vaxtlarının səmərəli istifadəsi üçün lazımi şərait yaradılıb. Bu isə məktəblilərdə aqressiya kimi depressiv vəziyyətlərin azalmasına gətirib çıxarır, sağlam psixologiya formalaşdırır.
Vüsalə Hüseynova - Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin dərnək rəhbəri: Valideynlərə tövsiyyə edirəm ki, uşaqlara qarşı diqqətli olsunlar. Onları pis vərdişlərdən yayındırmaq üçün boş vaxtlarının səmərəli keçməsinə şərait yaratsınlar.
Zərərli vərdişlərin geniş vüsət aldığı müasir dövrdə uşaqları incəsənətə istiqamətləndirmək ən doğru seçim hesab edilə bilər. Amma sözsüz ki, maraq və bacarıq kimi vacib kriteriyaları nəzərə almaq şərtilə.
- Baxış: 602