• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 30.12.2019 11:03

Yeni avtonom təyyarə insanın köməyi olmadan yükləri çatdıra bilər.

"Elroy Air" şirkəti 500 km-dək məsafəyə 135 kq-dan çox yükü özü çatdıra bilən avtonom təyyarə hazırlayıb. Şirkətin mühəndisləri təyyarənin yerüstü nəqliyyat vasitələrinin bir hissəsini əvəz edə biləcəyinə əmindirlər.

 Şirkət kommersiya, humanitar və hərbi sənaye sahələrində böyük müştəri kütləsinə xidmət göstərməyi planlaşdırır və sınaq uçuşundan sonra bir neçə sifariş alacağına əmindir.  Şirkətin məlumatına görə, dünyada 1 milyarddan çox nəfər avtomobil yollarından kənarda yaşayır və müxtəlif ölkələrin hökümətləri, humanitar təşkilatlar və kommersiya təşkilatları ora tibbi ləvazimatlar, bağlamalar və tez xarab olan malların çatdırılması üçün yollar axtarırlar. Yeni təyyarə bu problemi həll edəcək.