Bu gündən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar poçt filiallarına yaxınlaşaraq onlar üçün hesablanan məbləği qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra bilərlər. Azərpoçtun respublika üzrə 77 şöbəsində, o cümlədən Gəncədəki filialda proses həyata keçirilir.
Azərpoçt tərəfindən 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaşa 11 milyon 347 min 668 manat vəsait nağd formada ödənilib. 45 minə yaxın vətəndaşın kompensasiyası isə 500 manatdan yuxarı olduğuna görə onların ödənişləri kart vasitəsilə həyata keçirilir.
Zahir Səfərov - Gəncə Poçt filialının rəis müavini: “Bu günə qədər 2 min 605 nəfərə 681 min manat nəğd pul ödənilmişdir, ki, bu ödənişlər indidə davam edir. Plastik kartlarla ödənişlər isə bu gündən başlayıb. Bizə 3 minə yaxın vətəndaş kart alacaqdır növbəlilik əsasında. Onlarda Azərpoçtun istənilən filialın bankomatlarından və yaxud biz elan etdiyimiz bankomatların xidmətlərindən istifadə edərək məbləğlərini nəğdiləşdirə bilərlər.”
Ümumilikdə “Azərpoçt” tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçirilir.
Gülarə Mahmudova - kompensasiya alan: ”2500 dollar kredit götürmüşdük. Həmin il devalivasiya oldu. Mən ölkə başçısına minnətdarlığımı bildirirəm ki, artıq ödədəiyimiz vəsaitləri bizə qaytarmağa kömək oldu.”
Elman İmanov - kompensasiya alan: ”1600 dollar kredit götürmüşdüm və tam ödəniş aparmışdım təyin olunan kursla. Sonra eşitdim ki, kreditin əlavə ödənişləri qaytarılır. İndi gəlmişən o vəsaiti götürməyə.”
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən “Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat ümumilikdə 121 minə yaxın şəxsə şamil olunacaq.
- Baxış: 259