• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1060
— 18.03.2019 10:02

Yaponiya kosmosda asteroidi atəşə tutub

Yaponiyanın Hayabusa2 qurğusu Ryuqu asteroidinin üzərinə toxunaraq, ona xususi güllə ilə atəş açaraq, asteroiddən qopan parçaları əldə edib. Uğurla keçirilən işlər kosmik agentliyində müsbət iş kimi qeyd olunub. Mütəxəssislər asteroidin üzərində çala yaratmağı planlaşdırır. Çala yaradılandan sonra, aparat yenidən asteroidin üzərinə enərək nümunə götürmə prosesini təkrar etdirəcək. Hayabusa 2 aparatı 2014-cü ildə Yaponiyanın Taneqasima kosmodromundan buraxılıb. Aparat, Ryuqu asteroidinə 2018-ci ildə yaxınlaşıb. Missiyanın məqsədi, yer qrupuna aid olan planetlərin mənşəyini öyrənməkdir.