• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1565
— 29.12.2018 15:40

Samuxda satış yarmarkası təşkil olunub

KepezTV Player

Bayram ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə Samuxda satış yarmarkası təşkil olunur. Yarmarkaya çıxarılan məhsulların sanitar-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun kəndlərindən gətirilən ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və çərəzlər bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsindən, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər. Samux sözügedən yarmarka ənənəvi olaraq hər il keçirilir.

Natiq Hüseyn