• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 09.11.2018 13:09

Salonda müştərinin çantasından 9 min manat oğurlandı

KepezTV Player

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb. Qadın ifadəsində əməlini etiraf edib. Saxlanılan şəxsin ərtafında aparılan əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da gözəllik salonları və geyim dükanlarından oğurluqlar etdiyi məlum olub. Novruzova əsasən qadınların çox olduğu məkanlara müştəri kimi daxil olaraq orada digər şəxslərin əşyalarını və pullarını qanunsuz olaraq ələ keçirib. Faktlarla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir. Həmin şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsi, eləcə də 39-cu Polis Bölməsinə müraciət edə bilərlər.