KepezTV Player
Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev bildirib ki, gələn ildən ölkənin bütün ərazisində icbari tibbi sığorta tətbiq ediləcək. 2019-cu il dövlət büdcəsində icbari tibbi sığorta üzrə 224 milyon manat ayrılacaq və tətbiqi üçün xüsusi fondda vəsaitlərin yığılması məsələsinə baxılacaq.
Jalə Qurbanova
- Baxış: 538