• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 30.10.2018 15:40

Gəncədə vətəndaşların səyyar qəbulu keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı şəhərin Şeyxzamanlar qəsəbəsinin sakinlərinin səyyar qəbulunu keçirib. Ölkə başçısının göstərişinə əsasən həyata keçirilən qəbulda vətəndaşların şikayət və təklifləri dinlənilib. Qaldırılan məsələlər əsasən qəsəbənin gecə işıqlandırılması, ictimai nəqliyyatın iş qrafikinin uzadılması, evlərin dam örtüklərinin dəyişdirilməsi, eləcədə iş təminatı ilə bağlı olub. Çıxışçıları dinləyən şəhər rəhbərliyi qeyd olunan problemlərin tez bir zamanda həll olunması üçün aidiyyatı qurumlara tapşırıq verib, bəzi məsələlər yerindəcə öz həllini tapıb.