Bu günə xəbərlərin oxunma sayı: 1286
— 09.08.2018 14:52

Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi bu il əkilən taxıldan yüksək məhsul yığıb

KepezTV Player

Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi qərb bölgəsində taxıl toxumunun istehsalı ilə məşğul olan yeganə dövlət qurumudur. Əsasən fermerlərə güzəştli şərtlərlə toxum satan müəsisədə bu il əkilən taxıldan yüksək məhsul yığılıb. Buna görə də region fermerlərinin payızda heç bir problem yaşamayacağı gözlənilir.

Rasim Şəfiyev - Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru: Kənd Təsərrüfatının inkişaf etməsi üçün birinci növbədə ən böyük şərtlərdən biri yaxşı toxum olmalıdır. Yəni enerjili olmalıdır, elit toxum yetişdirilməlidir və bu toxumun naturası, ideqası, qlekavinası ərzaqlıq üçün həmçinin toxum üçün yarıyan olmalıdır.

Ötən ilin payızında Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəsisəsinin əkin sahəsində 365 hektar sahədə yüksək məhsuldarlığa malik “Aran”, “Əzəmət” və “Qobustan” buğda, eləcə də 55 hektar sahəyə “Qarabağ 22” arpa sortları əkilib. Hər hektardan 45-50 sentner məhsul yığılıb. Ümumilikdə 1620 ton taxıl toxumu toplanıb ki, bu da ötən ilin məhsuldarlığından 5-10 faiz çoxdur. Hazırda toxumun təmizlənərək sortlaşdırılması prosesi aparılır.

Rasim Şəfiyev - Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsinin direktoru: Toxumçuluqla bağlı Nazirlik tərəfindən elə göstərişlər verilib ki, bütün mütəxəsislər hamısı çalışırlar ki, yaxşı toxum əldə eləsinlər. Ona görə də bizim müəsisədə iş planı elə qurulub ki, bütün biznən əlaqə saxlayan fermerlərin aldıqları toxumlar yaxşı olsun ki, gələcəkdə onlar yaxşı məhsul götürsün.

Ötən il Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəsisəsindən 97 fermerə 1200 ton taxıl toxumu satılıb. Zəhmətkeşlər hər hektardan 50-55 sentner məhsul yığıblar.

Bayraməli Məmmədov - fermer: Göygöl rayonun Xəqani kəndin də yaşayıram. Mən taxılçılıqla məşğulam. Keçən ildə bu müəsisədən toxum götürdüm. Yüksək məhul aldım. Hardasa 50-55 setner taxıl biçdim. Bu ildə keçən gəlib müraciət eləmişəm. Yenə toxum götürəcəm.

Müəssisədə fermerləri gələcəkdə daha da yaxşı yüksək məhsul verən toxumlarla təmin etmək üçün yeni sortlar da əkiləcək. Bunun üçün mütəxəsislər araşdırmalar aparırlar.

 

Elnur Vahidoğlu