• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 30.07.2018 12:30

Zaqatalada evdən meyit aşkarlandı

KepezTV Player

Zaqala evdə meyit tapılıb. Şəhər sakini 51 yaşlı Canpolad Şabanovun meyiti qeydiyatda olduğu Vidadı küçəsindəki mənzilində aşkar edilib. Cəsəd müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. İlkin araşdırma zamanı mənzildə tək yaşayan Canpolad Şabanovun 3-4 gün əvvəl öldüyü məlum olub. Şabanov əvvəllər qəsdən adam öldürməyə görə həbs edilib və əsəb xəstəliyindən əziyət çəkdiyi üçün Bakı şəhərində əsəb xəstəlikləri dispanserində uzun müddət müalicə aldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilməyib və evə buraxılıb. Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.