Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə millət vəkilləri, Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak edib. Tədbirdə dahi şəxsiyyətlə bağlı keçirilən müxtəlif müsabiqələrin əhəmiyyətindən danışılıb. Əsas məqsədin Ulu öndərin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənc nəslə çatdırılması, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsindən ibarət olduğu qeyd olunub. Sonra silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, futzal, şahmat və stolüstü tennis turnirlərinin qalibləri mükafatlandırılıb. Yarışlarda ilk yerləri tutan komandalar fəxri fərman və hədiyyələrlə təltif ediliblər. Tədbirdə həmçinin partiya fəalları, yarışların hakimləri də mükafatlandırılıblar.
- Baxış: 1082