• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 30.04.2018 13:26

Avtomobillərdən oğurluq edən yeniyetmələr saxlanıldı

KepezTV Player

Abşeron polisi avtomobillərdən oğurluq edən şəxsləri ifşa edib. RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində 1 avtomobildən bankomat kartları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün daha 2 avtomobildən oğurluğa cəhd göstərmələri, habelə 6 avtomobildən pul, mobil telefon və bankomat kartları oğurlamaları da müəyyən edilib.Faktlar araşdırılır.