• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 15.09.2017 14:44

Bilik günündə Şəmkir və Göygöldə yeni məktəb binaları istifadəyə verilib

KepezTV Player

İlk dərs günü tədrisə Şəmkirin 2, Göygölün isə 1 məktəbinin müəllim və şagirdləri yeni binadlarda başlayıb. Samuxda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçalarının açılışı olub.

Bilik Günü yeni binada tədrisin sevinci Şəmkirin Hacıalılar kəndində yaşanıb. Bu rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin davamı kimi qiymətləndirilib. Təkcə Heydər Əliyev fondu tərəfindən 6 məktəb üçün yeni bina inşa olunub. Təhsil Nazirliyi tərəfindən qurulan Hacıalılar kənd ümumi orta məktəbi modul tipli olmaqla 46 yerlikdir. Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra rayon rəsmləri Qaranüy kənd ümümi orta məktəbində olublar. Modul tipli tədris ocağı 96 yerlikdir. Burada tədrisin günün tələbləri səviyyəsində aparılması üçün maksimum şərait yaradılıb. Kollektivə yaradılan imkandan səmərəli istifadə etmək etmək tövsiyyə olunub.

Göygöl rayonu Üçtəpən kənd tam orta məktəbinin kollektivi də dərs ilinə yeni binada başlayıb. Son illərdə Göygöldə 23 məktəb binası yenilənib. Bu il üçün 4 məktəb əsaslı təmir olunub. Xasabağ kəndində isə 40 yerlik modul tipli məktəbin inşası başa çatıb. Rayonda 1000-dən çox uşaq birinci sinifə, 700 nəfər isə məktəbə hazırlıq qruplarına cəlb edilib. 432 şagird yerlik Üçtəpə mktəbi 18 sinif otağından, fənn kabinetləri, labaratoriya və kompyuter otaqları, akt və idman zallarından, eləcə də kitabxanadan ibarətdir.

Samuxda bilik günü şəhər 2 saylı tam orta məktəbdə təntənə ilə qeyd edilib. Bu il rayonun 35 məktəbi üzrə 988 şagird 1-ci sinifə qədəm qoyub. 589 uşaq isə məktəbə hazırlıq qruplarına cəlb olunub. Yeni tədris ilinin başlanması ilə əlaqədər olaraq şəhər 1 və 2 saylı eləcə də Qarayeri qəəsbəsində və Qovlarsarı kəndindəki təhsil ocaqları təmir edilib.

Rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 5 və 6 saylı uşaq bağçaları da istifadəyə verilib. 100 yerlik olan hər iki körpələr evi ilə tanış olan rayon rəsmləri uşaqların təlim-tərbiyəsinə göstərilən dövlət qayğısında danışıblar. Samuxdakı 16 məktəbəqədər təhsil müəssisəsinin yarıdan çox əsaslı şəkildə yenilənib.

 

Natiq Hüseyn