• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1134
— 14.09.2017 20:06

Kişi həyat yoldaşını boğaraq öldürdü

KepezTV Player

Həyat yoldaşı verdiyi mənadan da göründüyü kimi həyatını bölüşdüyün adamdır. O, isə ailə qurduğu insana həyatı yox, ölümü yaraşdırdı. Faciə Daşkəsəndə yaşandı. Təfərrüatları indi biləcəksiniz.

Daşkəsənin Bayan kənd sakini 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı 27 yaşlı Könül Əzizovanı boğaraq öldürüb. Qadının əmisinin bildirinə görə, ailə Bakı şəhərində yaşayırmış. Ötən gün onlar Könül Əzizovanın əmisi nəvəsinin toy şənliyində iştirak ediblər. Kənddə qadının anası evində qalan Ramil Həsənov səhər saatlarında yoldaşını qətlə yetirib.

İlqar Hacıyev mərhumun qohumu: Planlaşdırıbmış. Səhər də durub, boğub, öldürüb. Aynadan baxıb, düşüb, maşını işə salıb.

Nizami Əzizov mərhumun əmisi : Xüsusi qəddarlıqla körpə uşağın yanında anasını öldürüb, çıxıb gedib. Sonra da zəng edib bizim uşaqlara ki, mən Könülü öldürdüm. Gedin müyitini götürün.

8 yaşlı övlad atası Ramil Həsənov könüllü olaraq polisə təslim olub. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.