• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 14.08.2017 15:27

Premyer Liqasının startı “Kəpəz” üçün uğursuz alınıb

KepezTV Player

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün  startı Gəncənin “Kəpəz” klubu üçün uğursuz alınıb. Çempionatın ilk turunda səfərdə “Sumqayıt” ilə qarşılaşan Nizami yurdunun təmsilçisi məğlubiyyətə üzülüb. Üç qolun vurulduğu görüşdə hesabı ilk yarıda Cavid İmamverdiyevin Zlatan İbrahimoviç sayağı zərbəsi ilə meydan sahibləri açıb. Fasilədən sonra qonaqlar bərabərliyi təmin edib. “Sarı-göylər”in yeni transferi Viktor Laki rəqibin müdafiə xəttindəki səhvini bağışlamayıb. Elə sumqayıtlılar da bir qədər sonrakı epizodda “Kəpəz”in arxa xəttdəki boşluğunu əfv etməyiblər. Amil Yunanov fərqlənib. Beləliklə, oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Azad Rəfi