• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 08.06.2017 10:37

Gürcüstanda güləş üzrə xatirə turnirinə yekun vurulub

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə beynəlxalq turnir başa çatıb. Yarışda iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız son gün iki müxtəlif əyarlı medal qazanıb. Mükafatlardan 1-i qızıl və 1-i gümüş olub.

Qızıl medalı yığmamıza bütün rəqiblərindən üstün olan 46 kq-da Nihat Məmmədli qazandırıb. Finalda komanda yoldaşına uduzan Həsrət Cəfərov isə gümüş medalla kifayətlənib. 

Beləliklə, iki gün davam edən turniri güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. 

 

Orxan Cəfərzadə