• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2389
— 13.05.2017 10:02

Amazon ev üçün sensor ekranlı səs köməkçisi təqdim etdi

Amazon şirkəti rəsmi şəkildə ev üçün Echo Show səs köməkçisini təqdim edib. O özündə “ağıllı” Echo səsgücləndiricisinin daha təkmilləşmiş variantını birləşdirir. Yeni Amazon cihazı Echo kimi Alexa səs köməkçisini dəstəkləyir, lakin 7 düymlük ekran qacetin funksionallığını daha da artırır. Məsələn, Echo Show səs və video zəngləri dayandıra ya da YouTube və Amazon Videoda görüntülər göstərmək qabiliyyətindədir. Cihazın ekranında həmçinin müxtəlif mühüm informasiyalar, o cümlədən hava haqqında proqnoz və ya hansı yeməyin resepti göstərilə bilər. Bundan başqa, Echo Show “ağıllı” evdə digər qurğuları da idarə etmək gücündədir, buraya işıqlanmanı ya da kameraları aid etmək mümkündür. O, hətta Amazon bir çox servislərini, Prime Photos və Amazon Music-i də dəstəkləyir. Cihaz üçün sifarişlər artıq indidən qəbul olunur, satışlar 28 iyuna planlaşdırılır. Echo Show-un qiyməti 230 dollardır, xüsusi aksiyalarla isə iki ədəd bu cür qurğunu 360 dollara əldə etmək mümkün olacaq.

 

Cavanşir Məmmədzadə