Bağırov Ukraynanın açıq çempionatında qüvvəsini sınayacaq.May ayının 12-14-ü tarixlərində keçiriləcək yarışda idmançı 80 kq çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq. 2013-cü ildən beynəlxalq turnirlərdə iştirak edən taekvandoçu çempionata hazırlığı Gəncədə keçirib.
Vüqar Məmmədov- TRİM-in Gəncə filialının taekvando bölməsinin baş məşqçisi: “Bir neçə ay öncədən təlim-məşq toplanışlarına başlamışdıq. Məşqlər ciddi səviyyədə keçirilib. Fiziki məşqlər yekunlaşıb, taktiki-texniki hazırlığın son tamamlama mərhələsi başa çatıb”.
Yarış daha mötəbər turnirlər üçün reytinq xarakterli olduğundan bu amil əlavə məsuliyyət yaradır. Beyrək Bağırov bu vaxta kimi ayrı-ayrı illərdə ölkə xaricində - Türkiyə və Dağıstanda təşkil edilən beynəlxalq turnirlərin mükafatçısı olub. O, klublarası Avropa çempionatında da iştirak edib. Təcrübəsi Bağırovun Ukrayna yarışında da medal qazanacağına inam yaradır.
Vüqar Məmmədov- TRİM-in Gəncə filialının takevando bölməsinin baş məşqçisi: “İdmançımızdan birinci yeri gözləyirik. O, daha əvvəlki yarışlarda mükafatçı olub, ona görə də ondan medal gözləyirik”.
Sonuncu Azərbaycan çempionatının bürünc mükafatçısı olan Beyrək Bağırov həm də idmançı kimi təmsil etdiyi TRİM-in Gəncə filialında məşqçi kimi fəaliyyət göstərir. O, 3-cü dan qara kəmər ustası və respublika dərəcəli hakimdir.
Azad Rəfi
- Baxış: 862