Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Aparılan təhlillərə əsasən, ötən il nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərin orta yaşı isə 30 olub. Bu isə statistik göstəricilərə görə ən yüksək hədd deməkdir. Ekspertlər deyir ki, əvvəllər Avropada geniş yayılan bu vəziyyət indi ölkəmizdə də eynidir.
şəhər sakini : Şəxsən mənim evlənməli 3 oğlum var. Evləndirə bilmirəm. Böyük oğlumun 31, ortancılın 29, balacanın 23 yaşı var. İndiki qızlar deyir evi- eşiyi, maşını olsun. Cavanlar istəyirlər kübar yaşasınlar, yaxşı yaşasınlar.
şəhər sakini : 28 yaşım var, evli deyiləm. Nə yalan deyim gözüm qorxub evlilikdən, çünki ciddi bir işdir. Hal halzrda evlənib boşananlarında sayı həddən artıq çox olduğuna görə risk edib evlənmirəm. 30-32də evlənərəm yəqinki. Amma hələ ki, fikrim yoxdur.
şəhər sakini : Ailəyə pul lazımdı. Sabah uşaq olacaq dolunmaq lazımdır. Ona görə də evlənmirlər. Səbəb budur.
Ekspertlər tərəfindən də gənclərin fəal iş həyatına atılmaq istəməsi, evlilikdən qorxması, övlad sahibi olmaqdan çəkinməsi, qayğı çəkmək istəməməsi və ya sosial durum evlilik yaşının artmasının səbəbləri kimi göstərilir.
Şəhriyar Quliyev - sosioloq : Gənclərimizin bu gün dünyaya baxışı dəyişib. aryıq evliklikdə baxmır. Gözəl kanforta axtarmaqdan baxır, gözəl şəraitdən baxır. Əgər bunlar yoxdursa ailənin qurulması ləngiyir. Sən demə bu gün gənclərin əksəriyyəti düşünür ki, 30 yaşına kimi karyera qurum. Bu məsələnin bir tərəfidi. Ikinci ev almaq çətindir. İkinci faktor budur. 3 cü səbəbi -əsas səbəblərdən biri bugünki gənclərimizin psixoloji durumu ilə bağlıdır. Burda narkamaniya faktoruda var. Burda alkoqol faktoruda var. Burda digər faktorlarda var.
Şəhriyar Quliyevin sözlərinə görə əvvəlki dövrlərdən fərqli olaraq gənclərin fərqli platformalarda tanışlığı da bu prosesi ləngidən səbəblərdəndir.
Şəhriyar Quliyev - sosioloq : Və birdə bu sosial şəbəkələrdə tanışlıq da əsas faktor kimi qeyd eləmək istəyirəm. İnsanlar artıq şəbəkə vasitəsilə tanış olur, sonra reallıqda görüşürlər görürlər ki, bir birinin tapdığı, axtardığı adamlar deyil. Və səbəb olaraq evlənmələri gecikir.
Bununla belə mövzunun psixoloji tərəfləri də var. Mütəxəsislər hesab edir ki, xüsusən oğlanların evliklə bağlı eşitdikləri mənfi rəylər, yeni evlənən cütlüklər arasında boşanmaların artması onların gözünü qorxudur. Həmçinin məsuliyyət götürməkdən çəkinmək kimi səbəblərdə gəncləri evliliyə qarşı qorxudan amillərdir.
Sona Davudova - psixoloq : Artıq insanların təlabtaları dəyişir. Müəyyənn qrup gənclər var ki, qızlar oğlanlar onlar öz maddi azadlıqlarını artıq əldə ediblər. ona görə də qarşı tərəfdən gözləntiləri də fərqli formada olur. və bu baxımdan o gözləntiləri qarşılaya bilməyəcəyini düşünən gənclər, xüsusən oğlanlarda evlilkk yaşı daha da artır. Günümüzdə dəbdəbəli toyların keçirilməsi və digər faktorlar da “məndə bu şəkildə etməliyəm, əgər edə bilmirəmsə ütməməliyəm “ kimi yanlış bir düşüncəyə gətirir. Təbii ki, ailə həyatı üçün müəyyən maddi gəlir, psxioloji hazırklıq səviyyəsi lazımdır. Insanda inam olmayanda bu evlilik yaşı uzana bilir.
Nikaha daxil olmada yaş həddinin yüksəlməsinin cəmiyyətdə müsbət və mənfi təsirləri də əlbət ki, var. Gənclərin həyatı daha yaxşı dərk edərək yetkin yaşda ailə qurması və erkən nigahların sayının azalması bu işin müsbət tərəfləridir. O ki qaldı mənfiyə... Ekspertlər evlilik yaşının artmasını gələcəkdə demoqrafik baxımdan ölkə əhalisinin sayına da təsir edəcəyini deyirlər.
- Baxış: 447