KepezTV Player
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib. 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib. Olay iyulun 27-də mübahisə zəminində baş verib. Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır. O, hadisə yerindən qaçıb. Axtarışları davam etdirilir. Faktla bağlı Daşkəsən rayon prokurorluğunda cinayət işinin istintaqı aparılır.
- Baxış: 1682