KepezTV Player
Azərbaycanda şəhid ailələrinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək. Bununla bağlı Prezident İlham Əliyevin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dövlət başçısı Eyvaz Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi, bu vəzifəyə Cavid Əbdul-Qədirovun təyin olunması barədə sərəncamlar da imzalayıb.
Digər sərəncamla media sahəsində səmərəli fəaliyyətinə görə İbrahim Məmmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti “Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradılması barədə Fərman da imzalayıb.
Vüsalə Cənnətova
- Baxış: 319