• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1589
— 07.11.2023 15:46

Vətən müharibəsindəki qələbədən danışılıb

KepezTV Player

Qazanılan Zəfərin 3-cü ildönümü AMEA-nın Gəncə bölməsində də qeyd edilib. Tədbirdə çıxış edənlər ötən əsrin 80-ci illərində Qarabağda baş qaldıran erməni separatizmindən söz açıblar. Bunun, 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox azərbaycanlının doğma yurdlarından didərdin salınması ilə nəticələndiyi diqqətə çatdırılıb. 30 ilə yaxın davam edən işğal dövrünün 3 il bundan öncə tarixi qələbə ilə yekunlaşdığının qüruru vurğulanıb. Zəfərə aparan yolda ölkə prezidenti İlham Əliyevin illərdir hədəflənmiş siyasətindən danışılıb. 44 gün davam edən müharibənin yekunu olaraq Qarabağda Azərbaycanın suverenliyinin bərpa edildiyi diqqətə çatdırılıb. Azərbaycan xalqının öz lideri ilə həmrəyliyinin qələbəni şərtləndirdiyi önə çəkilib.

Fuad Əliyev- AMEA Gəncə bölməsinin sədri: “Bu gün dünya azərbaycanlıları qarşıdan gələn Zəfər bayramını qeyd edir və akademiyanın Gəncə bölməsi də Zəfər bayramını bu gün qeyd edirlər. Bu gün qeyd olunan bayram, mən deyərdim ki, 200 il ərzində azərbaycanlıların əldə etdiyi ən əhəmiyyətli bayramdır”.

Azad Mustafayev