• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 24.06.2024 20:02

Şəmkirin keçmiş icra başçısına 11 il 6 ay həbs cəzası verilib

KepezTV Player

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm elan olunub.Hökmə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmü ilə sabiq icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.Prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs olunub. 

Pərvin Abbaszadə