• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3191
— 25.06.2022 15:58

Kikboksinqçilərlə görüş keçirilib

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində Bakıda böyüklər arasında kikboksinq üzrə 26-cı Azərbaycan çempionatında yer tutan Gəncə idmançıları və onların məşqçiləri, həmçinin hakimlərlə görüş reallaşıb. Bu idman növündən hər zaman uşaq və yeniyetmələrin doğma şəhərə medallarla qayıtdığını söyləyən çıxışçılar Nizami yurdunun yetirmələrinin böyüklər arasında full-kontakt və layt-kontakt versiyalarında 6 bürünc medal qazanmasını yüksək qiymətləndiriblər. Görüşün sonunda idarə tərəfindən əldə olunan uğura görə idmançılar, məşqçilər və hakimlər idarə tərəfindən diplom və təşəkkürnamələrlə mükafatlandırılıblar.