Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonunda 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmirinə start verilib. Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli yolunun uzunluğu 45 kilometrdir. Yol uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. 4-cü texniki dərəcəyə uyğun yenilənən yolun eni 8-9 metrə qədər genişləndirilir. Hazırda agentlik tərəfindən torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülür. Texnoloji ardıcıllığa uyğun daha sonra yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetiriləcək.
- Baxış: 119