KepezTV Player
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. 45 hektardan artıq ərazini əhatə edən Nəbatat Bağında 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir.
Vüsalə Cənnətova
- Baxış: 303